Bu gün ABŞ-da türklər terrora qarşı mitinq keçiriblər.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın New York şəhərində, Türkiyədə polis
və hərbi xidmət göstərənlərə daimi terror hücumlarına etiraz etmək və birlik mesajı vermək üçün mitinq təşkil edilib.
Amerikada yaşayan türklər Türk-Amerikan Dərnəkləri Federasiyasının (TADF) dəstəyi ilə Nyu-Yorkun "Union Square" (Yuniyon meydanı) meydanında bir yerə toplaşaraq, Türkiyəyə dəstək mesajı göndəriblər.
"Şəhidlərimizi anma və terrora lənət" adı altında təşkil olunan mitinq İstiqlal marşının oxunması ilə başlanıb.
Türk-Amerikan Dərnəkləri Federasiyasının sədri Atilla Pak da mitinqdə iştirak edərək, Türkiyədə istiqamətli terror hücumlarını pisləyib: "Terrorun kökünün kəsilməsini və ölkədə sülhün olmasını gözləyirik. Ölkəmizin terror hadisələrini çox tez yaşadığı bu günlərdə bizim kimi qeyri-hökumət təşkilatlarının üzərinə böyük işlər düşür. Biz də mübarizəyə qoşulan təhlükəsizlik güclərinə öz dəstəyimizi göstərməliyik", - deyə o, bildirib.
"Əgər bu hücumlar qarşısında əl-ələ, çiyin-çiyinə verməsəm, şəhid xəbərləri gəlməyə davam edəcək. Bütün bunlara görə, ölkəmizin gələcəyini düşünəcək daim bərabər olmağımız vacib şərtdir", - deyə Pak çıxışını tamamlayıb.
"Şəhidlərimizi anma və terrora lənət" mitinqində az yaşlı uşaqlar və bir çox siyasi görüşlərə yiyələnən insanlar da iştirak ediblər.
Mitinq şəhidlər üçün dua oxunmasıyla sona çatıb.