Onun uzunluğu 70 santimetrdən çoxdur.
Amerikanın quru səhər yeməkləri istehsalçısı olan “Cinnamon Toast Crunch” şirkəti selfi üçün xüsusi qaşıq təqdim edib. İxtiraçılar bildiriblər ki, bu qaşıqla onlar şəkil çəkdirmək həvəskarı olanların “nəyi seçmək: qida ya selfi” probleminin həllini tapıblar.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, qurğu eyni zamanda qidalanmağa və foto şəkil çəkməyə imkan verir. O, adi “selfi çubuğu”na bənzəyir, lakin onun sonuna qaşıq əlavə olunub. Qurğunun uzunluğu 70 santimetrdən çoxdur.
Qurğunun komplketində xüsusi pult var. Məhz onun köməyi ilə smartfon foto şəkil çəkir.
Qurğu həm iOS, həm də Android-lə işləyir. Qeyd olunur ki, “selfi qaşığı”nı pulsuz əldə etmək olar. Onun yalnız çatdırılmasını ödəmək kifayətdir.
// Oxu.az