ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) baş verən silahlı insident nəticəsində azı 14 nəfər ölüb, daha 14-ü yaralanıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Kaliforniya ştatının polis nümayəndəsi Cerrod Burquan bəyan edib.
Onun sözlərinə görə, atəş 3 nəfər tərəfindən açılıb. Onların kimliyi və cinayətin motivləri bəlli deyil. Hələlik xüsusi xidmət orqanları hadisənin terror olub-olmaması barədə açıqlama vermir.
Qeyd edək ki, hadisə məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verib.
Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir.