ABŞ-da polisin əlindən hər gün iki nəfər ölür Hesabat

ABŞ-da polisin əlindən hər gün iki nəfər ölür  Hesabat

Washington Post qəzetinin məlumatına əsasən, ABŞ-da polisin əlindən ölən insanların sayı rəsmi statiskanın göstərdiyi rəqəmi ikiqat üstələyir. 

Qəzetin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində polis tərəfindən 385 vətəndaş öldürülüb. 

Polis tərəfindən öldürülənlərin arasınnda qaradərili Afrika mənşəli amerikalı vətəndaşların sayının qeyri-mütənasib dərəcədə yüksək olduğu diqqəti çəkib.
Hesabatda rəsmi statistik rəqəmlərin hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib olunduğu qeyd edilir.
Həmin rəsmi statistikaya əsasən, 2008-ci ildən ABŞ-da hər il polis əməkdaşlarının əlilə orta hesabla 400 vətəndaş öldürülüb. 

Report BBC-yə istinadən qeyd edir ki, son zamanlar by ölkədə ağdərili polis əməkdaşları tərəfindən bir neçə qaradərili vətəndaşın güllələnməsi küçə toqquşmaları, kütləvi etirazlar və siyasi qalmaqallara səbəb olmuşdu.

Aktual.az

Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR