ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində səsvermə prosesinin başlaması ilə prezident seçkilərinə start verilib.
Aktual.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində keçirilmiş səsvermənin nəticəsi məlum olub. Ötən əsrin ortalarından davam edən ənənəyə görə, Dikvill-Notç qəsəbəsinin azsaylı sakinləri prezident seçkilərində ölkənin digər məntəqələrindən daha əvvəl öz mövqeyini bildirir.
Qəsəbənin seçkidə iştirak etmiş 6 sakinindən dördü Hillari Klintona, iki nəfəri Donald Trampa səs verib. Beləliklə, ilk seçki məntəqəsində demokratların namizədi üstün olub.
ABŞ ərazisində digər məntəqələrin nəticələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saatlarında məlum olacaq.
Aktual.az
Xəbər 394 dəfə oxunub.