“Amerikanın heç bir yerində belə istirahət mərkəzi yoxdur”.
Aktual.az Lenta-ya istinadən xəbər verir ki, kurort santi-su qəbiləsinin yaşadığı ərazidə tikiləcək.
Qonaqlara marixuana çəkmək üçün xüsusi yerlər inşa ediləcək, həmçinin kompleksin ərazisində gecə klubu, kafe və restoranlar, oyun avtomatları və açıq səma altında konsert səhnəsi olacaq.
“Biz böyüklər üçün əyləncə mərkəzi olmaq istəyirik. Amerikanın heç bir yerində belə istirahət mərkəzi yoxdur”, - qəbilənin başçısı Entoni Rayder bildirib.
Onun sözlərinə görə, bir qonağa yalnız bir qramm marixuana satılacaq. Qiymətlər isə 12-15 dollar arasında olacaq.
Mərkəzin açılışı dekabrın 31-nə planlaşdırılıb. Müəssənin aylıq gəliri təxminən iki milyon dollar təşkil edəcək.
Gələcəkdə Mene və Vaşinqtonda da belə kurortların tikilməsi planlaşdırılır.
Qeyd edək ki, Cənubi Dakotada marixuana çəkmək qadağandır, lakin qəbilələrin ərazilərində xüsusi qaydalar var.
Aktual.az