ABŞ-ın Kaliforniya ştatında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Barstou şəhərindən 22 km şimal-şərqdə olub. Zəlzələ ocağı 7,9 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xəbər 147 dəfə oxunub.