ABŞ-ın Corciya ştatındakı motellərin birində naməlum şəxs 11 uşaq və bir qadını girov götürüb.
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, girov götürülmüş qadın 911-ə zəng edə bilib.
Hadisə yerində xüsusi təyinatlılar, polis və xilasedicilər işləyir.
Trend-in NBC telekanalına istinadən verdiyi məlumata görə, artıq polis əməkdaşları girov götürənlərin hamısını azad ediblər.