Dallasda afroamerikanların öldürülməsinə qarşı etiraz aksiyası zamanı iğtişaş baş verib.
AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 polis əməkdaşı güllələnib, daha 11 nəfər yaralanıb.
Polisləri öldürməkdə şübhəli bilinənlərdən biri dərhal təslim olub. Digər şübhəli isə uzun müddətli atışmadan sonra xüsusi təyinatlılar tərəfindən saxlanılıb.
Qeyd edək ki, aksiyalar bütün ABŞ ərazisində davam edir. Bu etirazlar 2 qaradərili ABŞ vətəndaşının Minnesota və Luiziana ştatlarında polis tərəfindən öldürülməsindən sonra başlayıb. Onlardan birinin maşını polis tərəfindən yoxlanmaq üçün saxlandıqdan sonra güllələndiyi bildirilir. Hər 2 ölüm faktı ilə bağlı istintaq aparılır.
Öz növbəsində ABŞ prezidenti Barak Obama amerikan polislərin qaradərililəri ağlara nisbətən 2 dəfə çox öldürdüklərini qeyd edib.