ABŞ-da da fond bazarı çökdü

ABŞ-da da fond bazarı çökdü
  • DÜNYA

Yanvarın 4-də Çinin ardınca ABŞ-da da fond bazarı çöküb.


Aktual.az azadliq.info-ya istinadən xəbər verir ki, ABŞ-da bazarların çökməsi son altı ildə istehsalın kəskin azaldığını əks etdirən statistik məlumatlarla bağlıdır.

“Bloomberg” həmçinin qeyd edir ki, ilin ilk satışları bazarın gələcək davranışı üçün pis göstəricidir. Dow Jones Indices şirkətinin məlumatları göstərir ki, 50% halda bazar ili başladığı kimi başa vurur.

Xatırladaq ki, bu gün Çinin fond bazarında da kəskin azalma olub. Ölkənin aparıcı fond indeksi olan Shanghai Composite-nin 7% ucuzlaşmasından sonra Şanxay Fond Birjasında satışlar dayandırılıb.

Aktual.az

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR