ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

Kentukki ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata əsasən, qətnamədə Azərbaycan xalqının 1990-cu il qanlı yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır. “Qara yanvar” faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi deyilir.

Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentukki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR