ABŞ-ın Şərq hissəsində qar fırtınası səbəbindən 9500 aviareys ləğv edilib.
Aktual.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, şənbə və bazar günlərinə nəzərdə tutulan aviareyslər təxirə salınıb. Sinoptiklər məhz istirahət günləri havanın daha da kəskinləşəcəyini bildiriblər.
Karolina və Corciya ştatlarından Nyu-Yorka qədər hər yerdə fövqəladə vəziyyət elan edilib.
İnsanlara nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur.
Aktual.az