Amerikanın Çikaqo şəhərində müsəlmanlar təyyarədən endirilib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Çikaqoda uçmağa hazırlaşan bir təyyarədə 4 müsəlman “şübhəli” olduqları üçün təyyarədən məcburi endiriliblər.
Buna səbəb isə müsəlmanlardan birinin cib telefonu ilə xəbərləri oxuması olub. Sərnişinlərin tələbindən sonra təyyarənin göyərtəsində olan 4 müsəlman “şübhəli” şəxs qismində təyyarədən endirilərək saxlanılıblar. Saxlanılanların kimliyi barədə məlumat verilmir.