ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında qar və çovğuna görə 300 mindən çox enerji təchizatının pozulması faktı qeydə alınıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, oxşar hallar Alabama, Corciya, Tennesi və Virciniya ştatlarında da baş verib. Şimali Karolina ştatının qubernatoru deyib ki, hava şəraiti 500 min insanı işıqsız qoya bilər.
Ştatın "Şarlott" adlı hava limanında qara görə mindən çox aviareys təxirə salınıb. "The New York Times" qəzetinin məlumatına görə, Şimali və Cənubi Karolinanın bütün hava limanlarında bu göstərici 1,3 minə bərabərdir.
Xəbər 471 dəfə oxunub.