ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban

ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban
  • DÜNYA

ABŞ Macarıstanda "Rosatom” tərəfindən layihələndirilən "Pakş-2” atom elektrik stansiyasının (AES) tikintisinə qarşı sanksiyaları tamamilə ləğv edəcək.
Aktual.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra açıqlayıb.
"Pakş-2”yə qarşı sanksiyalardan güzəşt uzadılmayacaq. Əvvəllər tətbiq edilən bu sanksiyalar tamamilə ləğv ediləcək. Buna görə də, amerikalıların Pakşda atom elektrik stansiyasının ikinci mərhələsinin tikintisinə heç bir etirazı yoxdur", - baş nazir bildirib.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR