ABŞ-ın yeni administrasiyası Dövlət Departamentinin saytından ölkənin keçmiş dövlət katibi Entoni Blinkenin Belarusda keçiriləcək prezident seçkiləri ilə bağlı tənqidi bəyanatını silib.
Aktual.az xəbər verir ki, bu barədə "Radiomir” məlumat yayıb.
"We apologize for the inconvenience (Narahatçılığa görə üzr istəyirik-red.)”, - Dövlət Departamentinin daha əvvəl Blinkenin bəyanatının dərc edildiyi səhifəsində deyilir.
Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Blinken yanvarın 18-dən çıxış edərək, Belarusda qarşıdan gələn prezident seçkisinin şəffaf keçəcəyinə inanmadığını bildirmişdi.
Xatırladaq ki, Belarusda növbəti prezident seçkisi 26 yanvar 2025-ci ildə keçiriləcək.
Xəbər 79 dəfə oxunub.