ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olundu

ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olundu
  • DÜNYA

ABŞ rəhbərliyi ölkə banklarına Şimali Koreyada müxbir hesabı açmağı qadağan edib.

Aktual.az  report-a istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi Pxenyana qarşı tətbiq etdiyi yeni sanksiyalardır.

Qurumun açıqlamasında bildirilir ki, Amerikanın maliyyə institutları Şimali Koreya banklarında açılmış müxbir hesablarının dəstəklənməsini dayandırmalı, eləcə də həmin ölkənin maliyyə institutlarının ABŞ banklarına müxbir hesablarına birbaşa çıxış əldə etməməsi üçün audit tədbirləri görməlidirlər.
ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə nümayəndəsi Adam Şubin deyib ki, Şimali Koreya hakimiyyəti hələ də bir sıra şirkətlərə və agentlərə qanunsuz maliyyə tranzaksiyaları həyata keçirməkdə dəstək verir. 
 
 
Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR