ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lyuis Bono bu vəzifədə ilk dəfə regiona səfər edəcək. Səfər gələn həftə baş tutacaq.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
Prays bildirib ki, Vaşinqton böyük məsləhətçinin Cənubi Qafqaz ölkələrinə səfərlərinin müntəzəm olacağına ümid edir:
"Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi ifadə etmək üçün ölkələrin liderləri ilə görüşməyi planlaşdırır. O, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Bono əvvəlcə Bakıya, sonra İrəvana və Tiflisə gedəcək. Regiona səfər Bonoya ABŞ Dövlət katibi, Ermənistan və Azərbaycan liderləri arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan dialoqu davam etdirməyə imkan verəcək”.
Xəbər 215 dəfə oxunub.