ABŞ Bakının Ağdam yolu ilə bağlı mövqeyini bilir - Brayza

ABŞ Bakının Ağdam yolu ilə bağlı mövqeyini bilir - Brayza

Fikrimcə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild BMT TŞ-nin iclasında çıxışı zamanı Azərbaycanla bağlı ayrı-seçkiliyə yol vermədi. Daha doğrusu o, Azərbaycan və Ermənistanı Laçın yolu boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi üzərində işləməyə çağırdı. Həqiqətən çıxış zamanı bunun dəfələrlə şahidi olduq.
Bu sözləri Aktual.az-a ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
Diplomat bildirib ki, daimi nümayəndə öz çıxışı zamanı əlavə yollarla bağlı məqamdan da bəhs edib:
"Burada əsas diqqət çəkən məqam xanım Qrinfildin Laçın yolu ilə sərbəst hərəkət və Qarabağda insan hüquqları və təhlükəsizliyin qorunmasına çağırış etməsi ilə bərabər humanitar yüklərin daşınması üçün əlavə yollar üzrə güzəştlərin mümkünlüyünü qeyd etməsidir. Bu, görünür ki, ABŞ-ın da Azərbaycanın Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə humanitar yardım çatdırmaq üçün hər cür şəraiti yaratmağa hazır olduğunu bilməsinə işarədir. Sözügedən məqamı Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel də İlham Əliyev və Nikol Paşinyanla keçirilən son görüşdən sonra verilən bəyanatda məmnuniyyətlə qarşılayıb”.
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR