ABŞ Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Avropa, Yaxın Şərq və Afrika regionu üzrə ticarət departamentinin katibinin köməkçisinin müavini Maykl Lalli Azərbaycan-ABŞ işgüzar görüşü çərçivəsində deyib:
"Azərbaycana səfər çərçivəsində missiyamızın iki əsas məqsədi var. Birincisi, ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin inkişafında maraqlıyıq və hesab edirik ki, bunun üçün böyük potensial var. İkincisi, iki ölkənin özəl sektorları arasında əməkdaşlığı genişləndirmək istərdik. Bunun üçün bizimlə bərabər müxtəlif sahələrdə işləyən 15 Amerika şirkətinin nümayəndəsi də gəlib".