ABŞ Azərbaycanı dəstəklədi

ABŞ Azərbaycanı dəstəklədi
  • DÜNYA

ABŞ-ın Ticarət Nazirliyinin rəsmiləri bu ölkənin Ədliyyə Departamentinin daimi nümayəndəsi ilə birgə Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndələri üçün seminar keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, seminarda korrupsiyaya qarşi mübarizənin taktikaları və əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili çıxış edib.

"ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir və onları dövlətlərarası əməkdaşlığın vacib hissəsi sayır", - səfirlikdən bildirilib.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR