ABŞ 40 ildən sonra Yaponiyaya neft satacaq

ABŞ 40 ildən sonra Yaponiyaya neft satacaq
  • DÜNYA

Yaponiya 40 il fasilədən sonra ABŞ-dan xam neft idxalına başlayacaq. "Cosmo Energy Holdings" fevralın ortasında həyata keçirəcək xam neft idxalı ilə 40 illik fasilədən sonra ABŞ-dan neft idxal edən ilk Yaponiya şirkəti olacaq.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, "Cosmo Energy Holdings"dən edilən şərhdə "Cosmo Energy"nin ilkin mərhələdə 300 min barrel Texas nefti alacağı bildirilir.

Yaponiyanın ən böyük neft təchizatçısı isə hazırda Səudiyyə Ərəbistanıdır. Yaponiya neft idxalının 34 faizini Səudiyyə Ərəbistanından və ümumilikdə 80 faizini isə Orta Şərqdən reallaşdırır.

Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR