Nazirliklər xərclərin azaldılması barədə göstərişlərimə əməl etməsələr, o zaman mən istefaların olacağını istisna etmirəm.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.
“Biz müəyyən vaxt ərzində iqtisadi islahatlar keçirmişik. Əgər insanlar islahatların keçirilməsinə inanmırlarsa, biz onları inandırmalıyıq” - deyə Abramyan qeyd edib.
Baş nazirin optimallaşdırma barədə göstərişlərini yerinə yetirməyən dövlət strukturlarında istefaların olması barədə xəbərlərə münasibət bildirən Abramyan qeyd edib: “Əgər onlar bunu edə bilməsələr, onda mən sizin təklifinizlə razıyam”.