Ümumdünya Səhiyyə Təşkilatının və Qutmaxer İnstitutunun (Guttmacher Institute) birgə keçirilmiş qlobal araşdırmanın nəticələri məşhur Lanset jurnalında dərc olunub.
Araşdırmanın mövzusu abortlar idi.
Aktual.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, 1990-cı ildən 2014-cü ilə qədər olan müddət ərzində varlı ölkələrdə abortların sayı, demək olar, 2 dəfə azalıb.
Belə ki, 1990-cı ildə 1000 hamiləlikdən 46-sı abortla qurtarırdı. 2014- cü ildə isə bu göstərici 1000 hamiləliyə 27 abort təşkil etdi.
Lakin bununla belə hər il dünyada orta hesabla 56 milyon abort edilir (2010-2014-cü illərin məlumatı).