ABM-dən xəbərdarlıq: Bu investisiya şirkətinə aldanmayın!

ABM-dən xəbərdarlıq: Bu investisiya şirkətinə aldanmayın!

Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən "Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər.
Aktual.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir. Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən "Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Fırıldaqçılar qeyd olunan şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər.
Mərkəzi Bank bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün Mərkəzi Bankın rəsmi internet səhifəsindən (https://www.cbar.az/page-200/investment-companies ) istifadə etməyə çağırır.
Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR