Abdulla Gülün oğlu evləndi

Abdulla Gülün oğlu evləndi
  • DÜNYA

Türkiyənin sabiq prezidenti Abdulla Gülün oğlu Əhməd Munir Gülün toyu olub. Lent.az Milliyet-ə istinadən xəbər verir ki, mərasimdə bir çox tanınmış simalar, siyasətçilər, ictimaiyət nümayəndələri iştirak edib. Nikahda bəyin şahidləri prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz, gəlinin şahidi isə dayısı Məhərrəm Ceylan olub.

Qeyd edək ki, “Hacettepe” universiteti Tibb fakultəsində oxuyan Əhməd Münir Gül və Ayşə Zəhra Karadere cütlüyünün toyunda 500-ə yaxın qonaq olub.

Mərasim Quranın oxunması ilə başlayıb, qonaqlara Məhəmməd Peyğəmbərin həyatını, təsvirini göstərən “Hilye-i Şerif”in paylanması ilə yekunlaşıb.

/ Aktual.az

Xəbər 2868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR