Ermənistan AB və Aİİ arasında seçim etməli olacaq, amma indi yox.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Başa düşürük ki, Avrasiya İqtisadi İttifaqına və AB-yə eyni vaxtda üzvlük mümkün deyil və qərar verməli olduğumuz an gələcək. Amma bu gün bunun vaxtı deyil. Bu gün belə bir qərar verməyə ehtiyac yoxdur və əgər yoxdursa, niyə belə bir qərar verməliyik?”, - o bildirib.
Paşinyan qeyd edib ki, bütün bu şərtlər altında İrəvan əsas məqsədinə - AB-yə qoşulmağa davam edir.
Ermənistanın baş naziri əlavə edib ki, Almaniyadan Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedəcək:
"Biz AB ilə münasibətləri dərinləşdiririk və mən buradan Moskvaya gedirəm. Hər hansı bir uyğunsuzluq varmı? Əlbəttə ki, yox. Uyğunsuzluğun olduğunu başa düşəndə, hansı qərarı verəcəyimizi düşünəcəyik”.
Xəbər 47 dəfə oxunub.