AB Ukraynaya humanitar yardım üçün 140 milyon avro ayırır.
Aktual.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında qeyd olunub.
"Vəsait qida, sığınacaq, içməli su, səhiyyə və soyuqdan qorunma da daxil olmaqla təcili yardıma yönəldiləcək. Əsas prioritetlər Ukraynanın ağır zərər çəkmiş bölgələrində həssas qruplara dəstək verməkdir”, - məlumatda qeyd olunub.
Xəbər 64 dəfə oxunub.