Avropa Birliyi Facebook, Google və Twitter kimi sosial şəbəkələrdə yazılan, yaxud paylaşılan düşmənçilik xarakterli statusları siləcək.
Aktual.az “Frankfurter Allgemeine Zeitung”-a istinadən bildirir ki, Avropa İttifaqının ədliyyə naziri sosial şəbəkələrdə təbliğ olunan nifrət dolu şüar və ya təhqirləri silməyi planlaşdırır. Təkcə silmək deyil, eyni zamanda, ksenofobiya mahiyyətli statusların müəlliflərinin hüquqi müstəviyə çəkilərək, yüksək məbləğdə cərimələnəcəyini də ədliyyə naziri diqqqətə çatdırıb.
AB-nin Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı Avropa Komissiyasına müraciət edərək, tez bir zamanda bu işin icrasına başlanılmasını istəyib.
Avropa Birliyinin hüquq üzrə komissarı Vera Yourova açıqlamasında bildirib ki, Facebook, Google+ və Twitter kimi social şəbəkələrə nəzarət prosedurunun icrasına qısa müddətdə başlamaq lazımdır.