Avropa Birliyi səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyiblər.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
"Slovakiya Baş naziri Robert Fitso 14 oktyabrda AB-nin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, ittifaq öz daxili problemlərini həll edə bilmədiyini bu məsələ ilə ört-basdır edir. AB avtomobil sənayesindəki böhran və enerji daşıyıcılarının qiymət artımı ilə bağlı Avropa Komissiyasına siyasi göstərişlər verməyənədək Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsində iştirak etmək istəmir”, - nəşr yazıb.
Məsələ 17 oktyabrda yenidən müzakirəyə çıxarılacaq.
Xəbər 58 dəfə oxunub.