AB Ukrayna məsələsində Rusiyaya təzyiq göstərməyə davam etmək niyyətindədir və artıq daha sərt olacaq növbəti sanksiyalar paketi üzərində işləyir.
Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti”yə AB-nin xarici əlaqələr xidməti məlumat verib.
"Rusiya tam qeyd-şərtsiz atəşkəslə razılaşmasa, daha çox təzyiq olacaq. Biz artıq daha sərt sanksiyalarla növbəti paket üzərində işləyirik”, - məlumatda bildirilib.
Xəbər 247 dəfə oxunub.