AB-nin Bakıdakı nümayəndəliyi xalqımızı təbrik etdi

AB-nin Bakıdakı nümayəndəliyi xalqımızı təbrik etdi

Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Aktual.az xəbər verir ki, bu barədə AB nümayəndəliyinin Feysbuk hesabında paylaşım edilib.
"AB Nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir! AB Azərbaycanla olan stabillik, rifah və qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönələn, eləcə də vətəndaşlarımızın rifahı naminə üzləşdiyimiz problemləri həll etməyə çalışan tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycanın ev sahibliyi edəcəyi və Bakıda keçiriləcək COP29, iqlim fəaliyyəti və "yaşıl keçid” sahəsində əməkdaşlıq üçün əlverişli imkan yaradır. Biz Azərbaycana və onun xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq”, - paylaşımda bildirilib.
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR