AB-nin 27 ölkəsinin daimi nümayəndələri gürcü diplomatlar üçün vizasız gediş-gəlişin dayandırılması qərarını təsdiqləyiblər.
Aktual.az xəbər verir ki, bu barədə TASS AB Şurasındakı diplomatik mənbəyə istinadla məlumat yayıb.
Diplomatın sözlərinə görə, qərar AB Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.
Qərara 27 ölkənin xarici işlər nazirlərinin yanvarın 27-də keçiriləcək iclasında baxılacaq.
Xəbər 73 dəfə oxunub.