AB Ermənistana yeni missiya göndərir: bu dəfə 2 illik...

AB Ermənistana yeni missiya göndərir: bu dəfə 2 illik...

Avropa Birliyi (AB) Ermənistana yeni missiya göndərəcək.
Aktual.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, bu dəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub.
AB-nin Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib, Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi isə layihəni bəyənib.
Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.
Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.
Xəbər 150 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR