Avropa və ABŞ münasibətlərindəki iki "ağrılı məqam”la bağlı mövqe mübadiləsi apara bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” məlumat yayıb.
"Söhbət Ukrayna və Qrenlandiyanı əhatə edəcək paket razılaşmasından gedir. Mümkün ssenarilərdən biri "təhlükəsizlik qarşılığında təhlükəsizlik” razılaşmasıdır. Bu razılaşmaya əsasən, Avropa ABŞ-ın Qrenlandiyada genişləndirilmiş rolunun müqabilində Tramp administrasiyasından Ukrayna ilə bağlı daha güclü zəmanətlər alır”, - məlumatda deyilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək niyyətini ifadə edib.
Xəbər 148 dəfə oxunub.