Türkiyə Baş Prokurorluğu "mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən yararlanaraq narkotik maddələrlə təmin etmək"də ittiham olunan 34 nəfərlə bağlı iş istəyib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, aralarında aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca və müğənni Cenk Erenin olduğu şəxslərin 2 ilə qədər həbsi tələb olunur.
Qeyd edək ki, 2013-cü ilin yanvar ayında İstanbulda keçirilən narkotik əməliyyatı nəticəsində saxlanıldıqdan sonra sərbəst buraxılan Çağatay Ulusoy və Cenk Erenin narkotik istifadəçiləri olduğu təsbit edilmişdi.
Türkiyə Məhkəmə Tibbi Ekspertizasının hesabatı Baş Prokurorluğa göndərilmişdi.