Ağalar Vəliyev seçiciləri ilə görüşdü

Ağalar Vəliyev seçiciləri ilə görüşdü

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Boluslu və Gürzallar kəndlərində seçiciləri ilə görüşü keçirilib.

Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, Ağalar Vəliyevin rəhbərliyi ilə Murovdağdan rayonun 17 kəndinə içməli su çəkilib, rayonun kanalizasiya sistemi yenidən qurulub. Artıq rayon əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var: "Biz öz seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik".
Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxış edərək cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə respublikamızda, eləcə də respublikamızdan kənarda apardığı sosial iqtisadi işlərdən geniş danışıb və seçiciləri 1 noyabrda YAP-ın namizədinə səs verməyə çağırıb.

Aktual.az

Xəbər 781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR