Ağadadaş Ağayev qadını baltaladı - Rəsmi

Ağadadaş Ağayev qadını baltaladı - Rəsmi

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
Aktual.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR