Ağacların kəsilməsiylə bağlı şikayət araşdırılıb - Nazirlikdən açıqlama

Ağacların kəsilməsiylə bağlı şikayət araşdırılıb   - Nazirlikdən açıqlama

"Oktyabrın 5-də metronun "İnşaatçılar" stansiyanının yaxınlığında 2 ədəd ağacın kəsilməsi ilə əlaqədar sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb".

Aktual.az Apa-ya istionadən xəbər verir ki, ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Yasamal rayonu Şərifzadə küçəsi bina 148 ünvanında yaşayan Alim Babayev tərəfindən sözügedən ünvanda aşmaq təhlükəsi olan ağaclara müvafiq rəy verilməsi üçün ETSN-nin Dövlət Ekspertiza İdarəsinə müraciət edilib.

Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı təhlükəli vəziyyətdə olan 2 ədəd qovaq ağacı aşkar olunub. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qovaq ağaclarının kəsilərək əvəzinə müvafiq torpaq mülkiyyətçisi tərəfindən yeni ağacların əkilməsi şərti ilə rəy verilib. 

ETSN bildirir ki, mövcud qaydalara əsasən qurumuş 2 ədəd qovaq ağacının kəsilməsi və kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında xidməti sahəsi olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR