Ağ Ev bu ölkədə gizli əməliyyata icazə verdi

Ağ Ev bu ölkədə gizli əməliyyata icazə verdi
  • DÜNYA

Ağ Ev Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyat keçirməyə icazə verib.
Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” nəşri məlumat yayıb.
"ABŞ qüvvələri artıq Venesuela sahillərində narkotik daşıyan qayıqlara hücum edib. Prezident Donald Tramp ABŞ-ın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu deyib, Ağ Ev isə Maduronu "narkoterrorçu” adlandırıb və onu ölkənin qanuni lideri hesab etmədiyini dəfələrlə bəyan edib. Bölgədəki genişmiqyaslı hərbi ehtiyatlar, o cümlədən 10 minlik hərbi kontingent və donanma ABŞ-ın hərəkətlərinin ciddiliyini göstərir”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ordunun Venesuelada narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən yerüstü hədəflərə zərbə endirmək imkanını nəzərdən keçirdiyini demişdi.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR