Samux rayonunda 9 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Aktual.az report-a istinadən xəbər verir ki, Gəncə sakini, 2009-cu il təvəllüdlü Baxışov Kamran Xəyal oğlu Şəmkir su kanalının Samux rayonu ərazisindən keçən hissəsində batıb. O, Gəncədən Samuxa bibisigilə qonaq gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 658 dəfə oxunub.