Türkiyənin İzmir şəhərində 9 yaşlı qız bizim eradan 1500 il əvvəl Misir mumiyalarında rast gəlinən xəstəliyə tutulub.
9 yaşlı Dilanın xəstəliyinin müalicəsi yoxdur.
Onun yoluxduğu "Alkaptonüri" insanlar arasında mumiya xəstəliyi kimi tanınır.
Milyonda bir insanda rast gəlinən xəstəliyin müalicəsi olmasa da, həkimlər qızın daha az əziyyət çəkməsi üçün müəyyən müalicə üsulları tətbiq edirlər.
Bu xəstəliyin səbəbi doğulmamışdan əvvəl bədəndə maddələr mübadiləsinin pozulmasıdır. Xəstəliyin əlamətlərinə gəldikdə, dərinin rənginin qaralması ilə yanaşı, sümük, oynaq, onurğa və ürək qapaqcıqlarında problemlərə yol açır. 40 yaşdan sonra oynaqlar daha da sərtləşir və insan hərəkət edə bilmir. (publika.az)