9-cu sinif şagirdinə qoşulub qaçan qız intihar etdi

9-cu sinif şagirdinə qoşulub qaçan qız intihar etdi

Zənglərə cavab verən olmayıb.

Beyləqan rayonunda evdən qaçan 17 yaşlı Aytac Mahmudova özünü Bakıda bibisi evində asıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ANS TV-nin “Sən tək deyilsən” verilişində bildirilib.

Aytac Mahmudova dünən Ramana qəsəbəsində bibisinin evində intihar edib. Deyilənlərə görə, Aytac Mahmudova özündən bir yaş kiçik oğlana qoşulub Sabirabada qaçıbmış. Sonradan oğlanın ailəsi bundan xəbər tutub və Aytacı qəbul etməyiblər. Bu səbəbdən oğlan Aytacı atası evinə qaytarmaq istəyib. Lakin qız qayıtmaq istəməyib.

Belə olan təqdirdə, oğlanla qız Bakıya getməyi planlaşdırıblar. Plana görə, Aytac ilk öncə Bakıya gedib. Lakin sevdiyi oğlanın gəlmədiyini gördükdə ona zəng vurub. Lakin zənglərə cavab verən olmayıb.

Aytac Mahmudovanın yataq xəstəsi olan atası deyir ki, qızının paytaxtda olduğu barədə ona yaxınları məlumat veriblər. Ata da dərhal Bakıda yaşadığı bacısına zəng vurub. Bununla da Aytac bibisinin evinə gedib. Orada da sevdiyi oğlana zəng vurub. Lakin sevdiyi oğlanın etibarsız olduğunu görən Aytac Mahmudova canına qıyıb.

Qeyd edək ki, Beyləqan rayonunda orta məktəbin 10-cu sinfində təhsil alan 17 yaşlı Aytac Mahmudova ötən ay evlərindən qaçmışdı. Qızın anası bildirib ki, qızını özündən bir yaş kiçik, 9-cu sinif şagirdi olan oğlan qaçırıb. Aytac evdən çıxarkən ailəsinə məktub da yazıb. Qız məktubda ailəsindən incik olduğunu xüsusi vurğulayıb.

Xəbər 1131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR