Günəş Sistemində yeni - 9-cu planet kəşf edilib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, ABŞ-dakı Kaliforniya Texnologiya İnstitununun iki alimi Günəş Sisteminin xarici səthində 9-cu planetin olduğu iddiasını irəli sürüb. Mayk Braun və Konstantin Batiginin iddiasına görə, günəş ətrafındakı tam dövrünü təxminən 20 min ilə tamamlayan və kütləsi dünyadan təxminən 10 qat böyük olan 9-cu planet var. Yeni planetin yumurta şəkilli olduğu bildirilir.
Amerikalı astronomlar, Plutonun kənarında 9-cu planetin olmasını göstərən fakt əldə etdiklərini açıqlayıblar. Alimlərin fikrincə, Plutonun kənarındakı Kupert qurşağı adı verilən meteoritlərin orbit adlanan bölgədə olması yeni planetin olmasına işarə edir. 9-cu planet olaraq adlandırılan yeni kəşf təxmin edilən planetin görünüşü:
Qatı səthi, amma sıx atmosferi olduğu təxmin edilən yeni planetin səthinin buzla örtülü olma ehtimalı yüksəkdir. 9-cu planetin orbiti də Günəşə çox uzaqdır. Bu səbəbdən Günəş ətrafındakı dövrünü 10 və ya 20 min ildə tamamlaya bilir. Kəşf edilən yeni planet elm dünyasında böyük əks-səda yaradıb. Amerikalı astronomlar 9-cu planet iddiasını sübut edərlərsə, Günəş Sisteminin planetləri günəşə yaxınlığına görə belə sıralanacaq: