"9 ayda nikahların sayı 50 mini ötüb” -Fikrət Məmmədov


“Notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artır”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun "Azərbaycan" qəzetində nəşr olunan məqaləsində bildirib. Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb: “Bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib”.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR