Bu gündən 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 88 saylı marşrut avtobusunun qısaldılmış xətti “28 may” metro stansiyasına qədər idisə, bu gündən etibarən əvvəlki xəttilə, yəni 20-ci sahəyə qədər hərəkət edəcək.
“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metro stansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisini, həm maddi itki ilə qarşılaşmasını, həm mürəkkəb hava şəraitinin olmasını, həm də vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib.