İlk dəfə Kubaya səfər edən ABŞ prezidenti Barak Obama bu ölkənin Havanadakı səfirliyində olub.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
Səfərini tarixi imkan kimi dəyərləndirən Obama qeyd edib ki, , bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır.
Daha sonra Barak Obama yağıntılı mərkəzi küçələrində gəzib.
Qeyd edək ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər ötən ilin iyulunda yarıməsrlik fasilədən sonra bərpa olunub. Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidentidir.