2000 FL 10 2000-ci ildə kəşf edilib.
86666 nömrəli asteroid (2000 FL 10) Yerin təhlükəsizliyini təhdid etmir.
Müvafiq bəyanatla Milli Aerokosmik Agentliyin (NASA) Reaktiv hərəkət laboratoriyasının mütəxəssisləri çıxış ediblər.
"Asteroid oktyabrın 10-da Yerdən 15 mln. mil məsafədə (25 mln. km) keçəcək. Bu, Yer ilə sıfır toqquşma ehtimalı deməkdir", - deyə, JPL-in rəsmi Twitter səhifəsində bildirilir.
86666 nömrəli asteroid (2000 FL 10) 2000-ci ildə kəşf edilib. O, Günəş ətrafında 1,77 yer ili ərzində dövr edir.
Aktual.az