Hadisə Xətai rayonunda qeydə alınıb
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Çoxmərtəbəli binada yaşayan 1930-cu il təvəllüdlü Niftəliyeva Qəmzə Haqverdi qızı 7-ci mərtəbədən özünü atıb. 85 yaşlı qadın yaşadığı mənzilin yataq otağının pəncərəsindən tullanıb və hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.