Bakıda 84 yaşlı qadının mənzilində meyiti aşkarlanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami rayonunda mənzildə 1931-ci il təvəllüdlü Yusqayeva Valentina Alekseyevna bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar edilib. V. Yusqayevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Aktual.az